Məxfilik Siyasəti
Razılıq
Əgər siz Scappmart.com vebsaytından, Scappmart mobil tətbiqindən (bundan sonra “Scappmart Məhsulları” adlandırılır) istifadə edirsinizsə, o zaman siz hazırkı Şəxsi məlumatlar haqqında siyasətin tətbiqinə razılıq verirsiniz (aşağıda göstərilmiş hallar istisna olmaqla).
Əgər siz Scappmart Məhsullarının istifadə olunduğu kənar vebsayta daxil olmusunuzsa, o zaman həmin onlayn resursda təqdim etdiyiniz hər hansı məlumatlar həmin vebsaytın (şirkətin) şəxsi məlumatlar haqqında siyasətinə uyğun şəkildə toplanılır.
Sizin məlumatlarınızın məxfiliyi bizim üçün çox vacibdir və biz şəxsi məlumatların mühafizəsinin əhəmiyyətli olduğunu qəbul edirik. Ona görə də, hazırkı Siyasəti hazırlamaqda məqsədimiz şəxsi məlumatlarınızın bizim tərəfimizdən necə toplanıldığı, istifadə edildiyi, bölüşüldüyü və dəyişdirdiyi barədə sizə məlumat verməkdir.
Şəxsi məlumatların tərkibi
Şəxsi məlumatlar – birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə (vətəndaşa) aid hər hansı informasiyadır. Bu cür məlumatlara xüsusilə aşağıdakıları aid etmək olar: ad, soyad və ata adı, doğulma tarixi və yeri, ünvan, ailə vəziyyəti, sosial və əmlak vəziyyəti haqqında məlumatlar, təhsil, peşə, gəlir haqqında məlumatlar, habelə digər informasiya.
Bizim tərəfimizdən emal edilən şəxsi məlumatlar qanunvericiliyə uyğun qaydada ciddi şəkildə qorunan məxfi informasiya hesab edilir.
Scappmart tətbiqindən istifadə çərçivəsində biz istifadəçidən aşağıdakılara çıxış imkanı istəyirik:
• Geolokasiya
• Kamera
• IDFA
• Fayl sistemi
• Şəbəkəyə qoşulma (mobil şəbəkə və Wi-Fi)
Scappmart.com vebsaytından istifadə çərçivəsində biz aşağıdakı məlumatları toplayırıq :
• Cookies
• Əməliyyat Sisteminin versiyası
• Brauzerin versiyası
• Cihazın növü
• Brauzerin cari dili
• Cari vaxt zonası
Şəxsi məlumatların emalı – avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etmədən şəxsi məlumatlar üzərində edilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlərin (əməliyyatların) məcmusu.
Bu cür hərəkətlərə (əməliyyatlara) aşağıdakıları aid etmək olar:
şəxsi məlumatların yığılması, əldə edilməsi, qeydə alınması, sistemləşdirilməsi, toplanması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (paylanılması, təqdim olunması, çıxış), anonimləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi.
İstifadə məqsədləri
Müştərilərin məlumatları yalnız istehlakçı loyallığına dair Scappmart koalisiya proqramında (bundan sonra “Proqram” adlandırılır) iştirak haqqında Müştəri ilə bağlanılmış müqavilə çərçivəsində aşağıdakı məqsədlərlə xidmətlərin göstərilməsi üçün toplanılır və saxlanılır: eyniləşdirmə (identifikasiya) və kommunikasiya üçün; Proqramın Operatoru və/ və ya Tərəfdaşları tərəfindən göstərilən xidmətlər və məhsullar haqqında Müştəriyə məlumat vermək üçün; Scappmart Məhsullarının və Proqramının işini analiz etmək, texniki idarəetməsini həyata keçirmək və yaxşılaşdırmaq üçün; marketinq məqsədləri üçün; hazırkı Məxfilik Siyasətində göstərilmiş digər məqsədlər üçün. Hazırkı Məxfilik Siyasəti çərçivəsində Müştərinin məlumatları dedikdə aşağıdakılar nəzərdə tutulur: Müştərinin müqavilələr bağlayarkən, mobil tətbiqi quraşdırarkən və istifadə edərkən müstəqil şəkildə təqdim etdiyi və Scappmart.com vebsaytında şəxsi kabinetdə yerləşən şəxsi məlumatlar (o cümlədən ad, soyad, ata adı, elektron poçt ünvanı, telefon daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq); habelə mobil tətbiqdən istifadə prosesində avtomatik şəkildə təqdim olunan məlumatlar, o cümlədən aşağıdakılar, lakin bunlarla məhdudlaşmayaraq:
• Mobil tətbiqin quraşdırıldığı mobil cihazın identifikasiya edilməsi üçün zəruri olan İDFA (reklam verənlər üçün identifikator) göstəricisinin əldə olunması. Bu, istifadəçinin ScappMart məhsullarından istifadə zamanı təhlükəsizliyini gücləndirmək üçün lazımdır.
• Cihazın kamerasına çıxış icazəsinin verilməsi Satıcıların yeni məhsulların əlavə etməsi və ya dəyişdirməsi,həmçinin Daşıyıcı tərəfindən məhsulun təhvil verilməsinə dair fotoşəklin çəkilməsi və İstifadəçinin məhsul haqqında fotoşəkil çəkərək rəy bildirməsi üçün nəzərdə tutulmuşdur.
İstifadəçinin geolokasiyasına çıxış üçün icazənin verilməsi Daşıyıcı və İstifadəçinin daha rahat ünvan təyin etməsi və İstifadəçinin mövcud olduğu ərazidə partnyor Satıcılar və Daşıyıcıların mövcudluğunu təmin etmək üçün və onların təkliflərinin mobil tətbiqdəki məlumat lentinə verilməsi zamanı bu atributun nəzərə alınmasına imkan yaradır.
• “Cookies” faylları istifadəçiyə imkan verir ki, Scappmart platformasından istifadə tarixçəsini, tənzimlənmiş parametrləri və Scappmart tətbiqindən istifadə rahatlığını artıran digər məlumatları öz cihazında saxlasın.
• Əməliyyat Sisteminin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
• Brauzerin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi brauzer sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
• Cihazın növü barədə məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
• Vaxt zonası müştərinin yerləşdiyi vaxt zonası (saat qurşağını) nəzərə almaqla müştəriyə əks etdirilən vaxtın tənzimlənməsi üçün lazımdır.
• Fayl sistemi platformanın düzgün fəaliyyət göstərməsi üçün zəruri olan tətbiqi proqramdakı meta-məlumatların saxlanılması üçün lazımdır.
• Şəbəkəyə qoşulma (mobil şəbəkə və Wi-Fi) mobil tətbiqin meta-məlumatlarının yüklənilməsi imkanlarını izləmək üçün və mobil tətbiqdəki tərəfdaşların və məhsulların kataloqlarının tərkibindəkilərin aktuallığını təmin etmək məqsədilə server tərəfindən məlumatların alınması üçün lazımdır.
• Şəkil qalereyasına və kameraya giriş icazəsi şəxsi hesabda profil şəklinin dəyişdirilməsi və yüklənməsi üçün lazımdır.
Bundan əlavə, biz kənar xidmətlərdən (məsələn Google Analytics kimi) istifadə edə bilərik. Bu kənar xidmətlərin təqdim olunmuş informasiyadan necə istifadə olunduğunu əks etdirən öz məxfilik siyasəti var.
Brauzerinizdə və ya cihazınızda quraşdırılmış icazələrdən asılı olaraq yerləşmə haqqında məlumatlar.
Siz cihazınızın parametrlərində yerləşmənin müəyyənləşdirilməsi xidmətini söndürə bilərsiniz.
İnteqrasiya edildiyi təqdirdə kənar xidmətlərin təqdim etdiyi məlumatlar.
Siz Scappmart Məhsulları ilə qarşılıqlı əlaqə üçün kənar xidmətlərdən istifadə edə bilərsiniz (məsələn Facebook, poçt istifadəçiləri və s.). Bu cür qarşılıqlı əlaqə zamanı sizin şəxsi məlumatlarınız Scappmart Məhsullarına ötürülə bilər. Bundan əlavə, kənar xidmətlərin məlumatları ilə İnteqrasiya olduğu halda Scappmart sizin adınızdan digər xidmətlərə daxil olmaq üçün icazəsi istəyə bilər.
Siz Scappmart Məhsulları ilə qarşılıqlı əlaqədə olduğunuz zaman biz istənilən vaxt sizin şəxsi məlumatlarınızı istəyə bilərik.
Məlumatların mühafizəsi
Biz sizin məlumatlarınızın təhlükəsiz saxlanılmasını təmin etmək üçün xüsusi tədbirlər görürük. Bu cür tədbirlər çərçivəsində sizin məlumatlarınıza icazəsiz giriş və ya onların icazəsiz açıqlanması kimi risklərin azaldılmasına yönəlmiş xüsusi proseslər və prosedurlar tətbiq olunur. İnformasiya təhlükəsizliyini təmin etmək məqsədilə tərəfimizdən zəruri təşkilati, texniki və fiziki tədbirlər görülüb. Məlumat bazası xidməti məlumatların saxlanılmasında şifrələmədən istifadə edir və FİPS 140-2 standartına cavab verir. Ehtiyat nüsxələr də daxil olmaqla diskdə şifrələnmiş məlumatlar. Bu xidmət məlumat saxlancının şifrələnməsinə tətbiq olunan 256-bit AES şifrələrindən istifadə edir, açarlar isə sistem tərəfindən idarə olunur. Məlumat saxlancının şifrələnməsi həmişə aktiv rejimdə olur və heç vaxt söndürülə bilməz. Nəqliyyat (transport) protokolu səviyyəsində məlumatların şifrələnməsi üçün TLS 1.3 standartından istifadə edilir.
Məlumatların təqdim edilməsindən imtina
Biz sizdən şəxsi məlumatlarınızı istəyən zaman sizə onları təqdim etməkdən imtina etmək imkanı veririk. Əgər şəxsi məlumatlarınızı təqdim etməkdən imtina edirsinizsə, biz sizə Scappmart Məhsullarına giriş təmin edə bilmirik.
Şəxsi məlumatlarınızı təqdim etməkdən imtina etmək üçün bu barədə info@Scapp.az ünvanına elektron məktub göndərməlisiniz.
Məlumatların silinməsi
Scappmart Məhsullarından öz şəxsi məlumatlarınızın silinməsini istəyə bilərsiniz. Bu cür sorğu əsasında biz sizin haqqınızda toplanılmış şəxsi məlumatları siləcəyik və ondan sonra Scappmart Məhsullarından istifadəyə zəmanət verə bilməyəcəyik.
Sizin şəxsi məlumatlarınızın silinməsi üçün İnfo@scapp.az ünvanına müraciət edin.
İnformasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina.
Scappmart-dan informasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina edə bilərsiniz. Bunun üçün göndərilmiş materiallardakı müvafiq “bildirişlərdən imtina” parametrindən istifadə edin və ya öz müraciətinizi info@Scapp.az ünvanına göndərin.
“Cookies” fayllarının bloklanması
Öz brauzerinizdəki parametrlərdən istifadə etməklə “cookies” fayllarını silə və ya bloklaya bilərsiniz, lakin bundan sonra biz Scappmart Məhsullarından istifadəyə zəmanət verə bilmərik.
Siz öz şəxsi məlumatlarınızın silinməsi, dəyişdirilməsi və ya təqdim olunması üçün bizə istənilən vaxt müraciət edə bilərsiniz Bunun üçün info@Scapp.az ünvanına müvafiq qaydada müraciət edin.
Biz əsassız olaraq təkrarlanan və ya sistematik olan, qeyri-proporsional texniki səylər tələb edən (məsələn, ehtiyat məlumat daşıyıcılarında saxlanılan məlumatlarla bağlı sorğular), digər istifadəçilərin məxfiliyini təhlükə altında qoyan sorğuların icrasından imtina edə bilərik. İstənilən halda, biz məlumatları silərkən və ya dəyişdirərkən, bu xidməti ödənişsiz (pulsuz) yerinə yetiririk (qeyri-proporsional səylər tələb edən hallar istisna olmaqla).
Nəzərə almaq lazımdır ki, şəxsi hesab edilməyən məlumatlar hətta siz Scappmart Məhsullarından istifadəni dayandırdığınızda və ya şəxsi məlumatların silinməsini istədiyinizdə belə saxlanıla bilər.
ScappMart İstifadə Yaşı
Yalnız 14 yaşına çatmış şəxslər Scappmart Məhsullarından istifadə edə bilər. Scappmart Məhsulları 14 yaşından aşağı şəxslərə (“Uşaqlar”) şamil edilmir. Biz 14 yaşdan aşağı uşaqlar barədə şəxsi məlumatları bilərəkdən toplamırıq. Əgər siz valideyn və ya himayəçisinizsə, uşaqlarınızın bizə şəxsi məlumatlarını təqdim etdiyini öyrəndiyinizdə bizimlə əlaqə saxlayın. Biz valideynin razılığı olmadan 14 yaşdan aşağı uşağın şəxsi məlumatını topladığımızı bildikdə, biz həmin məlumatları serverlərimizdən silmək üçün tədbirlər görürük.
ScappMart Partnyor satıcılarından tütün məhsulları,alkaqollu içkilər və 18 yaşdan yuxarı yaş tələb edən məhsulların alınması və çatdırılması ilə bağlı ScappMart heç bir öhdəlik daşımır.Alıcı şəxs müvafiq qanunvericilik tələblərini nəzəra alaraq yaş məhdudiyyəti olan məhsulların sifariş edilməsindən imtina etməlidir.İstifadəçi bu şərtləri və qaydaları qəbul edərək yaşının 18 yaşdan böyük olduğunu və sifariş etdiyi məhsulun ona aid olduğunu təsdiq etmiş olur.
Hazırkı Məxfilik Siyasətinə dəyişikliklər
Biz istənilən vaxt öz Siyasətimizi yeniləmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq və siz bu Məxfilik Siyasətini vaxtaşırı olaraq yoxlamalısınız. Bu səhifədə Məxfilik Siyasətinə hər hansı dəyişikliklər edildikdən sonra Scappmart Məhsulundan(Məhsullarından) istifadəni davam etdirməyiniz sizin həmin dəyişiklikləri təsdiqlədiyinizi və dəyişdirilmiş Məxfilik Siyasətinə riayət etməyə və onunla bağlı öhdəlik daşımağa razılaşdığınızı bildirəcək. Hazırkı Məxfilik Siyasətinə hər hansı əhəmiyyətli dəyişikliklər etdiyimiz təqdirdə, bu barədə sizə elektron poçt ünvanına (təqdim etdiyiniz elektron poçt ünvanı) bildiriş göndərməklə və ya vebsaytımızda aydın şəkildə bildiriş yerləşdirməklə məlumat verəcəyik.