ScappMart Elektron Ticarət və Xidmət Şirkətinin Şərtlər və Qaydaları
ScappMart'a xoş gəlmisiniz – sizin rahat və sərfəli alış-veriş təcrübəniz üçün buradayıq. Bizimlə alış-veriş etməklə, aşağıdakı şərtləri və qaydaları qəbul etmiş olursunuz.
1. Ümumi Qaydalar
• Bu Şərtlər və Qaydalar, ScappMart veb saytı və mobil tətbiqetmələri vasitəsilə təklif olunan bütün xidmətləri əhatə edir.
• ScappMart, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, müştərilərinə online alış-veriş xidmətləri təklif edir.
2. Qanunvericilik
• ScappMart və onun istifadəçiləri arasındakı münasibətlər, Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir.
• Hər hansı bir mübahisə halında, Azərbaycan Respublikası qanunları tətbiq olunacaq və Azərbaycan Respublikasının məhkəmələri münasibətə yetkili olacaqlar.
3. Ödəmə Üsulları
• ScappMart, müştərilərinə müxtəlif asan ödəmə üsulları təklif edir. Bunlara bank kartları, elektron pul kisələri və digər yerli ödəmə sistemləri daxildir.
• Bütün ödəmələr, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun şəkildə emal ediləcəkdir.
4. Çatdırılma və Qaytarılma
• ScappMart, müştərilərinə sərfəli qiymətlərə məhsulları aldıqdan sonra çatdırılma imkanları təklif edir.
• Sifarişlərin çatdırılma müddətləri və şərtləri, seçilmiş çatdırılma üsuluna və müştərinin yerləşdiyi bölgəyə bağlı olaraq dəyişə bilər.
• Məhsulların qaytarılması və geri ödəmələr, Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
5. Məxfilik və Şəxsi Məlumatların Qorunması
• ScappMart, müştərilərin şəxsi məlumatlarını qorumaq üçün müvafiq tədbirlər görməkdədir.
• Müştərilərin şəxsi məlumatları, yalnız sifarişin icrası və müştəri dəstəyi məqsədləri üçün istifadə ediləcək və üçüncü tərəflərlə paylaşılmayacaq.
6. Dəyişikliklər
• ScappMart, bu Şərtlər və Qaydaları hər hansı bir zamanda yeniləmək hüququnu özündə saxlayır. Dəyişikliklər veb saytımızda və ya mobil tətbiqetmədə dərc edildikdən sonra qüvvəyə minəcəkdir.
• Müştərilərin dəyişikliklərdən xəbərdar olmaları və onlara uyğun hərəkət etmələri üçün mütəmadi olaraq veb saytımızı və ya mobil tətbiqetməmizi yoxlamaları tövsiyə olunur.
7. Müştəri Dəstəyi
• ScappMart, alış-veriş təcrübənizin mümkün qədər xətasız və məmnuniyyətli olmasını təmin etmək üçün müştəri dəstəyi xidməti təklif edilir.
• Hər hansı bir sualınız, şikayətiniz və ya təklifiniz olarsa, bizimlə [müştəri dəstəyi vasitəsilə] əlaqə saxlaya bilərsiniz. Əməkdaşlarımız sizə mümkün qədər tez bir zamanda yardımçı olmağa çalışacaqlar.
8. İstifadəçi Məsuliyyəti
• Müştərilər, ScappMart veb saytı və mobil tətbiqetməsində edilən hərəkətlərin məsuliyyətini daşıyırlar. Şəxsi hesab məlumatlarınızı qorumaq və güvənli şəkildə saxlamaq sizin məsuliyyətinizdədir.
• ScappMart, istifadəçilərin hərəkətləri nəticəsində üçüncü tərəflərə və ya özlərinə dəyən zərər və ziyanlar üçün məsuliyyət daşımır.
9. Üçüncü Tərəflərin Saytları
• ScappMart, müştərilərinin rahatlığı üçün üçüncü tərəflərin veb saytlarına keçidlər təqdim edə bilər. Bu saytların məzmunu və gizlilik siyasətləri ScappMart'ın nəzarəti altında deyil və biz bu saytların məzmunu üçün heç bir məsuliyyət daşımırıq.
10. Qəbul
• ScappMart saytını və ya mobil tətbiqetməsini istifadə edərək, bu Şərtlər və Qaydaları qəbul etmiş sayılırsınız. Əgər bu şərtlərdən hər hansı biri ilə razılaşmırsınızsa, saytın və tətbiqetmənin istifadəsindən imtina etməlisiniz.
ScappMart, sizin asan, sərfəli və keyfiyyətli online alış-veriş təcrübəniz üçün buradadır. Bizimlə alış-veriş etməklə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun, rahat və güvənli bir təcrübə əldə edəcəyinizi xatırlatmaq istəyirik. Bizimlə olan səyahətinizdən zövq alın!
Publik oferta
«ScappMart» istehlakçı loyallığı əməkdaşlıq Platformaında iştiraka dair Müqavilə
«Scapp» MMC-nin Direktorunun 01.05.2024-cu il tarixli №01/001-2024 Əmri ilə təsdiqlənmişdir.
1. ANLAYIŞLAR VƏ TƏRİFLƏR
1.1. Scapp Cüzdan Pulu – Platformanın Qaydalarına uyğun olaraq hesablama mexanizmini həyata keçirməyə imkan verən şərti vahid. Scapp Cüzdan Pulları yalnız uçot məqsədləri üçün istifadə edilir və gəlir növü, ödəniş vasitəsi, qiymətli kağız hesab edilmir və hesab edilə bilməz, eləcə də, vərəsəlik qaydasında ötürülə bilməz.
1.2. İstifadəçinin Cüzdan hesabı (Bonus hesabı) – Platforma çərçivəsində toplanmış və istifadə edilmiş Bonusdair məlumatın sistemləşdirilməsi üçün Platforma tərəfindən istifadə edilən texniki hesab. Cüzdan hesabı bank hesabı deyildir.
1.3. Müqavilə – «ScappMart» istehlakçı loyallığı əməkdaşlıq Platformaında iştiraka dair Müqavilə.
1.4. Bonus – Platforma İstifadəçiləri cəlb etmək məqsədi ilə Platforma hesabına İstifadəçinin Bonus Manat hesabına köçürülən Bonus.
1.5. İstifadəçi – Müqaviləni hazırkı ümumi ofertanı aksept etmək yolu ilə bağlamış və Müqavilənin bağlanması tarixinə qüvvədə olan, fəaliyyət qabliyyəti ilə bağlı məsələləri tənzim edən qanunvericiliyə müvafiq olaraq müqaviləni bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxs (fərdi İstifadəçi).
1.6. Bonus-ların hesablanması – Satıcı Partnyordan mal/xidmət əldə edilməsinə görə və ya maraqlarına xidmət edən digər hərəkətlərə görə İstifadəçi üçün həvəsləndirmə qismində Satıcı və ya Platformanın təşəbbüsü ilə həyata keçirilən) Platforma Qaydaları üzrə İstifadəçinin bonus hesabına əlavə edilmiş Bonus hesablanması (qalığının artırılması). 20 (iyirmi) Bonus 1 (bir) Scapp Cüzdan Pulu olaraq qiymətləndirilir və Cüzdan hesabına yüklənərək Scappmart e-ticarət funksiyalarında istifadə edilə bilir.Scapp Cüzdan Pulu pul vahidi kimi qiymətləndirilə bilməz.
1.7. Hesablama Şöbəsi– Platformanın həyata keçirilməsi çərçivəsində Hesablama Şöbəsi PTM-ində Platforma çərçivəsində əməliyyatların həyata keçirilməsi üçün İstifadəçiyə hesablanan Scapp Cüzdan Pullarını maliyyələşdirən şöbə.
1.8. Platforma – «Scapp» MMC.
1.9. Loyallıq Platforması Partnyoru (Partnyor) – Satıcı və (və ya) İstifadə edən Partnyor(mağaza,restoran,aptek,taksi şirkətləri və fərdi taksilər,daşıyıcı şirkətlər və fərdi daşıyıcılar,icarə şirkətləri və fərdi icarə verənlər və.s) .
1.10. Fərdi məlumatlar üzrə siyasət - Platforma tərəfindən işlənib hazırlanmış İstifadəçilərin fərdi məlumatları ilə iş prinsipləri; Fərdi məlumatlar üzrə siyasət saytda yerləşdirilir.
1.11. Platformanın Qaydaları (Qaydalar) – Platforma çərçivəsində əməliyyatların yerinə yetirilməsi qaydası.
1.12. Loyallıq Platforması (Platforma) – Platforma xüsusi Platforma-texniki kompleksi əsasında Scapp Cüzdan Pullarının hesablanması (toplanması) və istifadəsi sistemi üzərində qurulmuş «ScappMart» istehlakçı loyallığı əməkdaşlıq Platforması.
1.13. PTM – Partnyorun ticarət məntəqəsi (malların/xidmətlərin satış məntəqəsi).
1.14. Sayt – Platformanın internet şəbəkəsində www.scappmart.com ünvanında yerləşən saytı.
1.15. Mal – İstifadəçi tərəfindən Loyallıq Platformasının Partnyorundan alınan hər hansı mal, iş, xidmət.
1.16. Unikal identifikator (UİD) – hər bir UİD üzrə İstifadəçinin Platforma çərçivəsində həyata keçirdiyi əməliyyatların uçotunu aparmaq üçün istifadə olunan, Platformanın xüsusi olaraq yaratdığı simvollar ardıcıllığı və ya qrafik ardıcıllıq. UİD-in daşıyıcısı qismində ştrix-kodlu (QR-kod və s.) plastik kart (o cümlədən, bankın kobrendinq kartı), Platforma tərəfindən xüsusi olaraq hazırlanmış və Google Play və AppStore-da yerləşdirilmiş mobil tətbiq, Platformaun mülahizəsi əsasında digər Platforma-texniki vasitələr çıxış edə bilər.
1.17. Scapp Cüzdan Pullarının İstifadəsi – Əməkdaşlıq edən Partnyor tərəfindən İstifadəçiyə malların/xidmətlərin təqdim edilməsi və bu zaman Platformanın qaydalarına əsasən İstifadəçinin Cüzdan hesabından Scapp Cüzdan Pullarının silinməsi.
1.18. Əməkdaşlıq edən Partnyor – Platformanın həyata keçirilməsi çərçivəsində İstifadəçi daha əvvəl topladığı Scapp Cüzdan Pullarını istifadə edən şirkət.
1.19. Kompaniya– istehlakçıların Platformaya, Partnyora (Partnyorlara) münasibətdə loyallığının formalaşdırılmasına və artırılmasına, habelə Partnyordan (Partnyortlardan) malın (işin, xidmətin) əldə edilməsində İstifadəçilərin aktivliyini artırmağa yönəlmiş, Platforma çərçivəsində həyata keçirilən və onun bir hissəsi olan, Scapp Cüzdan Pullarının hesablanması ilə müşayiət edilən marketinq tədbiri. Platforma heç bir səbəb göstərmədən istənilən vaxt birtəfərfli qaydada istənilən kompaniya qaydaları və müddətini dəyişmək, aksiyaya vaxtından əvvəl xitam vermək hüququna malikdir.
1.20. Kompaniyanın Büdcəsi – Platforma və / və ya Partnyor tərəfindən Aksiyaların keçirilməsi üçün ayrılmış maksimal məbləğ.
1.21. Kompaniya Şərtləri – Platformanın və/və ya Platforma Partnyorı ilə birlikdə və ya Platformanın Partnyorun tapşırığı əsasında həyata keçirdiyi konkret Kompaniyalara dair məlumatlar, Kompaniyada iştirak edən Malların siyahısı, onların keçirilmə müddətləri, Kompaniyalar çərçivəsində Satınalmalar edilərkən hesablanan Scapp Cüzdan Pullarının miqdarı və ödəniş həcmi haqqında, habelə Kompaniyanın keçirilməsi qaydaları və şərtləri barədə Saytda və/və ya Tətbiqdə yerləşdirilən informasiya.
1.22. Tətbiq – İstifadəçinin virtual xəritəyə çıxışına, çekləri skanerləməsinə, xüsusi təkliflər almasına və Platformanın digər funksionallıqlarından istifadə etməsinə imkan yaradan, iOS və Android əməliyyat sistemlərində işləyən mobil cihazlar üçün yazılmış «ScappMart» tətbiqi.
1.23. Prosedurlar – Platformanın reallaşdırılması çərçivəsində müəyyənləşdirilmiş Qaydalar üzrə tətbiq edilən (ayrı-ayrılıqda və ya birlikdə) bir sıra prosedurlar:
1.23.1. Scapp Cüzdan Pulların Ləğvi - “«ScappMart» istehlakçı loyallığı əməkdaşlıq Platformasında iştiraka dair Müqaviləyə 1 saylı Əlavə”nin 5.9-cu və 5.12-ci bəndlərində göstərilmiş, əvvəl Bonus hesabına hesablanmış bonusların silinməsi proseduru.
1.23.2. Scapp Cüzdan Pullarının Bərpası – Qaydalarda göstərilmiş şəkildə silinmiş yaxud Ləğv edilmiş Scapp Cüzdan Pullarının bərpa edilməsi ilə bağlı prosedur.
1.23.3. Bonus hesabının bloklanması – Scapp Cüzdan Pullarının istifadəsinə və/ və ya hesablanmasına məhdudiyyət qoyan, İstifadəçinin sonrakı Satınalmalar üzrə Scapp Cüzdan Pulları almaq və istifadə etmək hüququndan məhrum edən (məhdudiyyətlərin səbəbləri aradan qalxanadək) prosedur.
1.24. Qanunsuz hərəkətlər – Platformanın məqsədlərinə zidd şəkildə Kompaniya Qaydalarını və/və ya Şərtlərini pozaraq əsassız fayda əldə etməyə yönəlmiş İstifadəçinin vicdansız hərəkətləri:
1.24.1 Qaydalardan sui-istifadə – İstifadəçinin Qaydalara və Platformanın məqsədlərinə zidd şəkildə, o cümlədən (lakin bunlarla məhdudlaşmadan) faktiki olaraq Satınalma etmədən, şəxsi istehlakı üçün nəzərdə tutulmamış Satınalma etməklə Scapp Cüzdan Pulu əldə etməyə yönəlmiş vicdansız hərəkətləri, habelə birbaşa olaraq Qaydalarda qeyd edilmiş və ya qeyd edilməmiş digər vicdansız hərəkətlər.
1.24.2. Kompaniya Şərtlərindən sui-istifadə – Kompaniyada iştirak zamanı İştirakçının düzgün olmayan informasiyanı (məlumatı) təqdim etməsi ilə bağlı olaraq İstifadəçinin Kompaniya Şərtlərinə zidd olan vicdansız hərəkətləri, habelə Platformanın məqsədlərinə zidd olan, birbaşa olaraq Qaydalarda qeyd edilmiş və ya qeyd edilməmiş digər vicdansız hərəkətlər.
1.25. İstehsalçı-Partnyor – UİD-də göstərilmiş mallardan istifadə etməklə həyata keçirilən satınalmalara görə İstifadəçiyə hesablanan Scapp Cüzdan Pullarının Platforma çərçivəsində maliyyələşdirilməsini təmin edən, bazara satış üçün məhsullar/mallar çıxaran şirkət.
1.26. Çek – Azərbaycan Respublikasının Vergi Məcəlləsinin “Operativ vergi nəzarəti” adlı 50-ci Maddəsinin 8-ci bəndində nəzərdə tutulmuş mağaza tərəfindən verilən (İstifadəçinin həyata keçirdiyi konkret Satınalmaları təsdiqləmək üçün Platforma tərəfindən istifadə edilən) nəzarət-kassa aparatının kağız nüsxədə olan çeki.
2. ÜMUMİ MÜDDƏALAR
2.1. Müqavilə ümumi oferta (müqavilə bağlamaq təklifi) deməkdir və Platforma ofertasının İstifadəçi tərəfindən aksepti anından bağlanmış sayılır.
2.2. Hazırkı ümumi ofertanın aksepti Platformanın Qaydalarına müvafiq olaraq İstifadəçinin Platformada UİD əldə etməsi və həmin UİD-in aktivləşdirilməsi deməkdir.
2.3. Müqavilə Platforma çərçivəsində Platforma və İstifadəçi arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsi qaydasını müəyyənləşdirir.
2.4. Müqavilənin hazırkı redaksiyası Saytda yerləşdirilir.
2.5. Platformanın Qaydaları Müqavilənin ayrılmaz tərkib hissəsidir.
2.6. Platformadan və onun ayrı-ayrı funksiyalarını istifadə etməyə başladıqda və yaxud qeydiyyat prosedurunu keçdikdə İstifadəçi heç bir qeyd-şərt və ya istisna olmadan Qaydaların şərtlərini tam şəkildə qəbul etmiş hesab edilir. İstifadəçi Müqavilənin hər hansı müddəaları ilə razı olmadıqda, İstifadəçi Platformanı və ya onun ayrı-ayrı funksiyalarını istifadə etmək hüququ olmur. Əgər Platforma nəzərdə tutulmuş qaydada Müqaviləyə hər hansı dəyişiklik edirsə və İstifadəçi bu dəyişikliklə razı deyilsə, o zaman İstifadəçi Platformadan istifadəni dayandırmalıdır. Platforma Müqaviləyə hər hansı dəyişiklik və ya əlavələr etdikdən sonra İstifadəçi Platformadan istifadəni davam etdirirsə, İstifadəçi bütün əlavələri və düzəlişləri qəbul etmiş hesab olunur.
2.7. İstifadəçi razılıq verir ki, qeydiyyat zamanı təqdim etdiyi məlumatlar,habelə Platformanın serverinə daxil olan bütün digər məlumatlar, əməliyyatlar, tranzaksiyalar, şəxsi məlumatlar daxil olmaqla, Platforma tərəfindən analitik və statistik məqsədlər üçün istifadə oluna və üçüncü şəxslərə ötürülə bilər.
2.8. İstifadəçi ScappMart Loyallıq Platformasına qoşulmaqla Platforma tərəfindən keçirilən lotereyalarda, kompaniyalarda və müsabiqələrdə iştirak etməyə razılığını bildirir.
3. PLatformanın və İstifadəçilərin Hüquq və vəzifələri
3.1. Platforma Müqavilənin yeni redaksiyasının təsdiqi yolu ilə Müqaviləyə birtərəfli qaydada dəyişikliklər və (və ya) əlavələr etmək hüququna malikdir. Müqavilədə dəyişikliklər və (və ya) əlavələr edildiyi halda Platforma yeni redaksiyasının qüvvəyə minməsinə 3 (üç) təqvim günü qalmışdan gec olmayaraq Müqavilənin yeni redaksiyasının elektron versiyasının Saytda yerləşdirilməsi yolu ilə İstifadəçini bu barədə xəbərdar etməlidir.
3.2. İstifadəçi Müqaviləyə əlavə və dəyişikliklər edilməsini müstəqil qaydada izləməyi öhdəsinə götürür. İstifadəçinin Müqavilənin yeni redaksiyasının qüvvəyə minməsindən sonra Platforma çərçivəsində yerinə yetirilən hərəkətləri İstifadəçinin Müqavilənin yeni redaksiyasına razılığının təsdiqidir.
3.3. İstifadəçi Qaydalara (Müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-ə) əməl etməyi öhdəsinə götürür.
3.4. ScappMart Platforma-texniki kompleksindən istifadə edən zaman, o cümlədən, Platforma çərçivəsində istənilən digər hərəkətlərin yerinə yetirilməsi zamanı İstifadəçi özü haqqında səhih məlumatlar təqdim etməyi, həmçinin həmin məlumatları onlara vaxtında və dəqiq dəyişikliklər etməklə ən yeni versiyada saxlamağı öhdəsinə götürür.
İstifadəçi yalnız ona məxsus mobil telefon nömrəsini qeyd etmək, həmçinin mobil telefon nömrə dəyişdikdə Platformaya bu barədə dərhal xəbərdar etmək öhdəliyini daşıyır.
Əgər İstifadəçi düzgün olmayan informasiya təqdim edirsə və ya Platformanın İstifadəçi tərəfindən təqdim edilmiş informasiyanın düzgün olmadığını hesab etməyə əsaslı səbəbi varsa, Platforma öz mülahizəsinə əsasən İstifadəçinin Scapp Cüzdan Pulu hesabını bloklamaq və İstifadəçinin Platformadan (və ya onun ayrı-ayrı funksiyalarından) istifadəsini ləğv etmək hüququna malik olur.
3.5. İstifadəçi Scapp Cüzdan Pullarının\ Bonus-ların süni (Platformanın subyektiv rəyinə əsasən) şəkildə artırılması üçün Loyallıq Platforması çərçivəsində təqdim edilən imkanlardan sui-istifadə etməməyi , o cümlədən, lakin bununla məhdudlaşmayaraq müxtəlif mobil nömrələrlə bir neçə UİD-i əldə etməməyi və aktivləşdirməməyi öz öhdəsinə götürür. Əsassız varlanma məqsədilə Platforma çərçivəsində təqdim edilən imkanlardan İstifadəçi tərəfindən qəsdən sui-istifadəyə görə İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyır
3.6. Platforma vəziyyətin araşdırılması üçün qabaqcadan xəbərdarlıq etmədən Scapp Cüzdan Pullarının hesablanmasını dayandırmaq hüququna malikdir. Belə araşdırmanın başa çatmasınadək əvvəllər yığılmış Scapp Cüzdan Pullarının\Bonus-ların istifadəsinə icazə verilmir.
3.7. İstifadəçi tərəfindən Müqavilə şərtlərinin, o cümlədən, Müqavilənin 3.5-ci bəndinin pozulması halında Platforma İstifadəçini qabaqcadan xəbərdarlıq etmədən Loyallıq Platformasından çıxarmaq hüququna malikdir. Bu halda toplanmış Scapp Cüzdan Pulları\Bonus xalları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
3.8. İstifadəçi Platformaya yazılı ərizə ünvanlamaqla Loyallıq Platformasında iştirakdan könüllü şəkildə imtina edə bilər. Bu halda hesablanmış Scapp Cüzdan Pulları\Bonus Scapp Cüzdan Pulları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
3.9. İstifadəçi Platformaya İstifadəçinin mobil telefon nömrəsinə SMS-xəbərdarlıq şəklində, eləcə də, digər vasitələrdən və informasiya ötürülməsi kanallarından istifadə etməklə İstifadəçinin ünvanına məlumat və reklam xarakterli mesajlar göndərmək hüququ verir.
3.10. İstifadəçi Fərdi məlumatlar üzrə siyasətinə uyğun olaraq Platformaya fərdi məlumatlarını toplamaq, saxlamaq və istifadə etmək hüququnu verir.
3.11. Platforma İstifadəçiyə hesablanmış Scapp Cüzdan Pullarının\Bonus bonus xalları avtomatik olaraq ləğv edilməsi müddətini müəyyən etmək hüququna malikdir. Ləğvetmə qaydası Saytın müvafiq bölməsində göstərilir.
3.12. Platforma Loyallıq Platformasının fəaliyyətinin dayandırılması anına 3 (üç) təqvim günü qalmış Saytda İstifadəçini qabaqcadan məlumatlandırmaqla Loyallıq Platforması fəaliyyətini dayandırmaq hüququna malikdir. Loyallıq Platforması dayandırıldığı müddət ərzində İstifadəçilərə Scapp Cüzdan Pullar hesablanmır, əvvəllər hesablanmış Scapp Cüzdan Pulları\Bonus bonus xalları isə istifadə edilə bilməz.
3 .13. Platforma Loyallıq Platforması xitamı anına 3 (üç) təqvim günü qalmış Saytda İstifadəçiləri qabaqcadan məlumatlandırmaqla birtərəfli qaydada Müqavilənin yerinə yetirilməsindən imtina etmək (Loyallıq Platformasına xitam vermək) hüququna malikdir. Bu halda bütün Scapp Cüzdan Pulları\Bonus bonus xalları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
3.14. Platforma İştirakçıları qabaqcadan xəbərdar etmədən Loyallıq Platforması istənilən Partnyorunu Loyallıq Platformasında iştirakdan xaric etmək hüququna malikdir.
3.15. Platforma Müqavilə üzrə hüquq və vəzifələrini birtərəfli qaydada üçüncü tərəfə ötürmək hüququna malikdir.
3.16. Platformanın funksiyalarının icrası yalnız İnternet şəbəkəsinə çıxış olduqda mümkündür. İstifadəçi İnternet şəbəkəsinə çıxışı özü əldə edir və İnternet şəbəkəsinə çıxışa görə öz rabitə Şirkətinin və ya İnternet provayderinin şərtləri və tarifləri əsasında ödəniş edir.
3.17. İstifadəçi məlumatlıdır ki, o, hər hansı ticarət şəbəkəsinin əməkdaşıdırsa, həmin ticarət şəbəkəsində keçirilən Scapp Cüzdan Pullarının alınmasına və/ və ya digər həvəsləndirici vasitələrin əldə olunmasına yönəlmiş aksiyalarda iştirak edə bilməz. Platformanın Scapp Cüzdan Pullar və /və ya digər həvəsləndirici vasitələr formasında əldə edilmiş mükafatların vicdansız hərəkətlər və pozuntular, Platformadan istifadə qaydalarının və vəzifə səlahiyyətlərinin sui-istifadəsi yolu ilə əldə edildiyini güman etməyə əsaslı səbəbi olarsa, Platforma İstifadəçiyə hesablanmış Scapp Cüzdan Pullarının və verilmiş digər həvəsləndirici vasitələrin ləğvi üçün tədbirlər görmək və İstifadəçinin Bonus hesabını bloklamaq hüququna malik olur.
İstifadəçinin Bonus hesabı bloklandığı təqdirdə, həmin İstifadəçi üçün Platformanın funksionallığı, o cümlədən sonrakı müddətdə bonusları toplamaq/istifadə etmək və aksiyalarda iştirak etmək imkanı məhdudlaşdırılmış ola bilər.
3.18. Platforma Satıcı Partnyorlarına Scapp Pos kassa,satış və anbar sistemi təklif edir.Satıcı partnyor Scapp Pos sisteminden istifadən imtina edə bilər,lakin Satıcı partnor kimi platformada fəaliyyət göstərmək üçün, istifadə etdiyi anbar,kassa,satış sistemini Scapp Pos sistemine inteqrasiya etməlidir.Platforma Scapp Pos satış və anbar nəzarət sisteminə uyğun olaraq məhsulların sayını,qiymətini,satış intensivliyini,İstifadəçiyə təklif olunan endirimləri,kampaniyaları və digər məlumatlara platforma çərçivəsində nəzarət edə bilməlidir.
3.19. İstifadəçi razılıq verir ki, «ScappMart» platforması üzərindən mal(lar)ın alışı məqsədilə əldə edilmiş kredit öhdəliyi onun tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Platforma İstifadəçinin Platformadan istifadə etmək hüququnu (o cümlədən, İstifadəçiyə aid istifadəçi hesabını) bloklaşdıra bilər. Kredit öhdəliyi müəyyən edilmiş qaydada icra edildikdən sonra, Platforma bu bənddə qeyd edilən bütün texniki məhdudiyyətləri (bloklaşdırmanı) aradan qaldıra bilər.
4. Platformanın və İstifadəçilərin məsuliyyəti.
4.1. Platforma Loyallıq Platformasının tam fəaliyyətini təmin etmək üçün bütün səyləri göstərir, lakin bu zaman Loyallıq Platforması çərçivəsində Platforma-texniki nasazlıqlar və digər oxşar vəziyyətlər səbəbindən hesablanmış Scapp Cüzdan Pullarının\Bonus xalları toplanmasının və (və ya) istifadəsinin mümkün olmamasına görə məsuliyyət daşımır.
4.2. Mübahisə və fikir ayrılıqları Platformanın Loyallıq Platforması icrası çərçivəsində öz öhdəliklərini pozması səbəbindən yaranmamışdırsa, Platforma Loyallıq Platformasının İstifadəçiləri və Partnyorları arasında yaranmış mübahisə və fikir ayrılıqlarına görə məsuliyyət daşımır və məsuliyyət daşıya bilməz.
4.3. Loyallıq Platforması Qaydalarının pozuntusuna görə Platformanın İstifadəçi qarşısında məsuliyyəti Scapp Cüzdan Pullarının\Bonus bonus xalları hesablanması ilə əlaqədar istənilən pretenziya üzrə məhduddur. İstifadəçi tərəfindən Scapp Cüzdan Pullarının hesablanması/istifadəsi ilə əlaqədar təqdim edilmiş pretenziya əsaslı olduqda Platforma İstifadəçinin bonus hesabında olan qalıq Scapp Cüzdan Pullarını\Bonus bonus xalları korrektə edir.
4.4. Platforma Platforma çərçivəsində satın alınan Mallara görə heç bir məsuliyyət daşımır. İstifadəçi və Partnyor arasında yaranan istənilən fikir ayrılığı onlar tərəfindən müstəqil şəkildə tənzimlənir.
4.5. İstifadəçi Loyallıq Platforması çərçivəsində öz hərəkətlərinə (və ya hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
5. DİGƏR MÜDDƏALAR
5.1. Platforma İstifadəçilərin Platformaya ünvanlanmış müraciətlərini nəzərdən keçirir və Loyallıq Platformasının İstifadəçiləri və Partnyorları arasında mübahisəli məqamların tənzimlənməsi üçün bütün mümkün (ağlabatan həddə) tədbirləri görür.
5.2. Partnyor Platforma çərçivəsində xüsusi (aksiya) qiymətləri müəyyən edilmiş Malların, o cümlədən, diskont kartından və həmin TMM-in digər loyallıq Platformaından istifadə zamanı İstifadəçiyə Malların satışından imtina etmək hüququna malikdir.
5.3. Platforma və İstifadəçi arasında istənilən fikir ayrılığı (o cümlədən, Müqavilə ilə tənzimlənməyən məsələlər üzrə) danışıqlar yolu ilə tənzimlənir. Razılıq əldə edilmədikdə mübahisə Platformanın olduğu yerin məhkəməsində həll edilir.
6. FORS-MAJOR
6.1. Platforma Müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə, əgər belə hallar qarşısıalınmaz qüvvənin təsiri, xüsusilə, müharibələr, təbii fəlakətlər, yanğınlar, daşqınlar, zəlzələlər, tətillər, kütləvi iğtişaşlar və digər ictimai təlatümlər, o cümlədən, hakimiyyətin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə bilən fəaliyyəti nəticəsində baş vermişdirsə, məsuliyyətdən azad olunur.
7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ, DƏYİŞİKLİKLƏR VƏ VAXTINDAN ƏVVƏL XİTAM EDİLMƏSİ
7.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və Loyallıq Platforması fəaliyyətinə xitam verilən anadək etibarlıdır.
7.2. Müqavilə azərbaycan,türk,rus və ingilis dillərində bağlanılmışdır. Azərbaycan,türk, rus və ingilis mətnləri arasında uyğunsuzluqlar olduğu təqdirdə azərbaycan dilində olan mətnə üstünlük verilir.
8. MÜBAHİSƏLƏRİN HƏLLİ
8.1. Platforma və İstifadəçi Müqavilə üzrə və ya onunla əlaqədar yarana biləcək bütün mümkün mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.
8.2. Danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələrə Platformanın yerləşdiyi yerin məkhəməsində, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır.
9. Platformanın REKVİZİTLƏRİ
Platforma: ScappMart
«Scapp MMC»
Hüquqi ünvan: AZ 7000, Azərbaycan,Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri H.Cavid küçəsi. AZ 7000
VÖEN: 0201585821
«Scappmart» istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 1 saylı Əlavə
«Scappmart» istehlakçı loyallığı əməkdaşlıq proqramına qoşulma qaydaları
1. Loyallıq Proqramı 01.05.2024-cu il tarixindən etibarən fəaliyyətə başlayır.
2. Loyallıq Proqramı haqqında məlumatlar Operator tərəfindən Saytda sistemləşdirilir.
3. Müştəri müəyyən şərtləri yerinə yetirməklə Proqram çərçivəsində aşağıdakı stimullaşdırma növlərindən yararlana bilər:
3.1. Hesablama Şöbəsinin təşəbbüsü ilə Scapp Cüzdan Pullarının hesablanması.
3.2. Operatorun təşəbbüsü ilə Scapp Cüzdan Pullarının hesablanması. Bonus Xalların yığılması qaydası Operator tərəfindən müstəqil qaydada müəyyən edilir (Operator həmçinin hazırkı Qaydaların 5-ci bölməsini də tətbiq edə bilər). Bonus Xallar Pullarının İstifadəsi bu Qaydaların 6-cı bölməsinə uyğun olaraq həyata keçirilir.
3.3. Operator və Partnyorlar tərəfindən həyata keçirilən xüsusi marketinq tədbirləri çərçivəsində premium (yüksək) əmsalın tətbiqi ilə Scapp Cüzdan Pullarının İstifadəsi.
3.4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində digər stimullaşdırma növləri.
4. UİD-in əldə edilməsi və aktivləşdirilməsi qaydası.
4.1. Müştəri Proqram çərçivəsində həyata keçirilən əməliyyatların identifikasiyası üçün UİD-dən istifadə edir.
4.2. İstifadəçi UİD-inin əldə edilməsi qaydası Operator tərəfindən müəyyən edilir.
4.3. UİD-in aktivləşdirilməsinə dair təlimat Operator tərəfindən Saytda yerləşdirilir.
5. Scapp Cüzdan Pullarının hesablanması qaydaları:
5.1. Proqram çərçivəsində həyata keçirilən əməliyyatlara görə Scapp Cüzdan Pullarının hesablanması üçün Müştəri belə əməliyyatları UİD-dən istifadə etməklə identifikasiya etməlidir. UİD-dən istifadəyə dair ətraflı təlimatlar Operator tərəfindən Saytın müvafiq bölməsində yerləşdirilir.
5.2. Müştəri tərəfindən Hesablama Şöbəsinin PTM-ində UİD-dən istifadə etməklə həyata keçirilən Malların ödənişi əməliyyatlarına görə Operator Scapp Cüzdan manatları hesablayır.
5.3. Qaydaların 5.2-ci bəndində göstərilən əməliyyatlar üzrə Operator tərəfindən Scapp Cüzdan Pullarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Partnyor tərəfindən müstəqil şəkildə müəyyən edilir.
5.4. Operator tərəfindən Scapp Cüzdan Pullarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Müştəriyə qabaqcadan xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Operator tərəfindən Scapp Cüzdan Pullarının hesablanması üçün (o cümlədən, hər bir Partnyor üçün) istifadə olunan cari faiz dərəcəsi Saytın müvafiq bölməsində göstərilir.
5.5. Toplanmış Scapp Cüzdan Pullarının Müştərinin Bonus hesabında əks olunması vaxtı hər bir Partnyorla qarşılıqlı fəaliyyətin texniki xüsusiyyətlərindən asılıdır və fərqlənə bilər. Scapp Cüzdan Pullarının Müştərinin Bonus hesabında əks olunması qaydasına dair məlumat Operator tərəfindən Saytda dərc olunur.
5.6. Operator həm müəyyən bir müddət ərzində, həm də Loyallıq Proqramında iştirakının bütün müddəti ərzində Müştəriyə hesablana bilən Scapp Cüzdanı məbləğinin yuxarı həddinə limit qoymaq hüququna malikdir. Belə limitlər və onlardan istifadə qaydası Saytın müvafiq bölməsində göstərilir. Operator birtərəfli qaydada, Müştərini qabaqcadan xəbərdar etmədən mövcud limitləri dəyişdirmək hüququna malikdir. Cari limitlər Saytın müvafiq bölməsində göstərilir.
5.7. Toplanmış Scapp Cüzdanının məbləği müəyyən edilmiş limitə çatarsa, cari dövrdə Bonus Xalları hesablanmaya bilər.
5.8. Operator hesablanmış Scapp Cüzdan Pullarının etibarlılıq müddətini müəyyən etmək hüququna malikdir. Etibarlılıq müddəti başa çatdığı halda toplanmış Scapp Cüzdanları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
5.9. Nəticəsində Müştəriyə Scapp Cüzdanları hesablanmış əməliyyatı Müştəri ləğv etdikdə (o cümlədən, Malları qaytardıqda) Operator həmin Scapp Cüzdanlarını ləğv etmək hüququna malikdir. Müştərinin Bonus hesabında ləğv əməliyyatının icrası üçün kifayət qədər Scapp Cüzdanları mövcud deyilsə (ləğv edilən əməliyyat üzrə hesablanmış Scapp Cüzdanları ləğv zamanı artıq istifadə olunmuşdursa (bir hissəsi istifadə olunmuşdursa)), Partnyor Scapp Cüzdanının çatışmayan məbləğini ləğv edilən əməliyyat üzrə geri qaytarılan pul vəsaitindən tutur.
5.10. Nəticəsində Müştəri tərəfindən Scapp Cüzdanları istifadə edilmiş əməliyyatı Müştərinin ləğv etməsi (o cümlədən, Malların qaytarılması) halında Operator həmin Scapp Cüzdanlarını Müştərinin Bonus hesabına bərpa edir.
5.11. Ləğv əməliyyatı zamanı Müştəri belə əməliyyatı həmin əməliyyatın əsli yerinə yetirilərkən istifadə edilmiş UİD-dən istifadə edərək identifikasiya etməyə borcludur. Ləğv əməliyyatı zamanı Müştərinin hərəkətlərinə dair ətraflı təlimat Operator tərəfindən Saytda yerləşdirilir. Həmin təlimatlar pozulduğu halda Operator Qaydaların 5.10-cu bəndinə uyğun olaraq Scapp Cüzdanının bərpasını həyata keçirməmək hüququna malikdir.
5.12. Scapp Cüzdanları, Operatorun subyektiv rəyinə görə, Müştəriyə Loyallıq Proqramı çərçivəsində təqdim edilən imkanlardan onun sui-istifadəsi nəticəsində hesablanmışdırsa, Operator Müştərinin istənilən Scapp Cüzdan Pullarının hamısını və ya bir hissəsini Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən və hər hansı şəkildə əvəz ödəmədən ləğv etmək hüququna malikdir.
5.13. Operator müəyyən növ əməliyyatların həyata keçirilməsi zamanı və ya öz mülahizəsi əsasında digər hallarda Scapp Cüzdan Pullarının hesablanmasına məhdudiyyət qoymaq hüququna malikdir. Məhdudiyyətlər barədə məlumat Operator tərəfindən Saytda yerləşdirilir.
5.14. Scapp Cüzdan Pullarının hesablanması 20 (iyirmi) Bonus Xalın 1 (bir) Scapp Cüzdan manat pul vahidinə bərabər tutulur.20 (iyirmi) Bonus xalından aşağı olan xallar Scapp Cüzdan manatı şəklində hesablanmır.
5.15. Müştəri Scapp Cüzdan Pullarının məbləği barədə məlumatı Müştərinin Saytdakı şəxsi kabinetindən, mobil tətbiqdən və ya Operatorun Əlaqə Mərkəzinə müraciət etməklə əldə edə bilər.
5.16. Scapp Cüzdanının yanlış hesablanması/ istifadəsi halında Operator müstəqil şəkildə, Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən düzəlişlər etmək hüququna malikdir.
5.17. Hesablanan bonusların minimum məbləği 20 Bonus Xaldır. Məbləğ 1 Scapp Cüzdan manatından aşağı olduqda, Scapp Cüzdan manatı hesablanmır.
6. Scapp Cüzdanlarından istifadə qaydaları.
6.1. Toplanmış Scapp Cüzdanları Müştəri tərəfindən İstifadə edən Partnyorun PTM-lərində Mallara görə ödəniş həyata keçirilərkən istifadə edilə bilər. Scapp Cüzdanlarından istifadə etmək üçün Müştəri əməliyyatı UİD-dən istifadə etməklə identifikasiya etməli və Scapp Cüzdan Pullarının istifadəsinə dair Operator tərəfindən Saytda yerləşdirilmiş təlimatlara əməl etməlidir.
6.2. Ümumi qaydada Müştəri öz Bonus Hesabında olan Scapp Cüzdan Pullarının istənilən hissəsini istifadə edə bilər. Hər hansı İstifadə edən Partnyorun işinin texniki xüsusiyyətləri Scapp Cüzdanlarından istifadəni ümumi əsaslarla həyata keçirməyə imkan vermirsə, belə İstifadə edən Partnyorlarda Scapp Cüzdanlarından istifadənin xüsusi qaydası tətbiq oluna bilər.
6.3. Ümumi qaydada bir Scapp Cüzdanından İstifadə zamanı Müştəri İstifadə edən Partnyordan ekvivalent dəyərdə Mal əldə edir. Xüsusi marketinq fəaliyyətləri (aksiyalar) çərçivəsində istifadə daha yuxarı və ya daha aşağı əmsaldan istifadə edilməklə həyata keçirilə bilər.
6.4. Scapp Cüzdanından istifadə Scapp Cüzdanının etibarlılıq müddətinin bitməsinədək olan vaxt nəzərə alınmaqla həyata keçirilir. İlk növbədə etibarlılıq müddətinin bitməsinə daha az qalmış Scapp Cüzdanları silinir.
7. Digər şərtlər
7.1. UİD-in aktivləşdirilməsinin köməyi ilə identifikasiya edilən istənilən əməliyyat həmin UİD-i aktivləşdirən Müştəri tərəfindən həyata keçirilmiş əməliyyat hesab edilir. Müştəri müstəqil olaraq UİD-in təhlükəsizliyini təmin edir. Operator Müştərinin UİD-inə çıxış əldə etmiş üçüncü şəxslərin icazəsiz hərəkətlərinə görə məsuliyyət daşımır.
7.2. Scapp Cüzdanları, habelə Müştərinin Bonus başqa bir şəxsə ötürülə bilməz və ya Loyallıq Proqramının Müştərisi olub-olmamasından asılı olmayaraq digər şəxsin Scapp Cüzdanları/Bonus Xallarları ilə birləşdirilə bilməz.
7.3. Müştəri ona hesablanmış Scapp Cüzdan Pullarının və ya Bonus Xallar məbləği ilə razılaşmadıqda, etiraz yazılı formada və ya Azərbaycan Respublikasının vətəndaşların müraciətlərinə dair qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş digər formada Operatora ünvanlanır.