Məhsulların qaytarılması siyasəti
İstifadəçi — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs
Satıcı- alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar;
Platforma-E-ticarət sahəsində Satıcı və İstifadəçilərə xidmət göstərən,proqram təminatçısı.
Daşıyıcı-Məhsulların satıcıdan istifadəçiyə çatdırılmasını təmin edən müxtəlif növ nəqliyyat vasitələri ilə daşıyıcılıq həyata keçirən və platforma ilə müqavilə bağlamış şəxs vəya şirkət.
qüsur — malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu
zəmanət müddəti — müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət.
əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi.
Hörmətli müştəri, artıq pulu ödənilmiş ve ünvana çatdırılmış mallar asanlıqla ve qısa bir zamanda Scappmart tərəfindən müraciətiniz əsasında qaytarıla bilər.
Aşağıdakı hallarda geri qaytarıla bilər:
1. Sizə səhv məhsul çatdırılıb
2. Sizə çatdırılan məhsul foto və/və ya təsvirə görə Scappmart-daki məhsul ilə düz gəlmir.
3. Məhsul tam şəkildə çatdırılmayıb.
4. Məhsulda istehsal qüsuru ve ya aşkar xarici zədə var.
5 .Məhsul işlək vəziyyətdə deyil.
Daşıyıcı getdikdən sonra bu problemlərdən birini gördünüz halda, malları geri qaytarmaq üçün aşağıdakı Geri Qaytama Tələbini doldurun.
Tələbiniz təsdiqləndikdən 1 iş günü ərzində məsələyə baxılır və müvafiq tədbirər görülür.
Tələbiniz təsdiqləndikdən sonra pulunuzun geri qaytarılması 30 bank günü ərzində yerinə yeritiləcəkdir.
Məhsul əlinizə çatdığı andan etibarən 14 gün ərzində geri qaytarılma müddəti mövcuddur. Məhsullarınızı PULSUZ qaytarımaq üçün "ScappMart Qaytarılma Tələbi" addımlarını izləyərək qaytarı kodu almalısınız. Qaytaracağınız məhsulun zədəsiz, istifadə edilməmiş və istifadə xətasından zərər görməmiş olması tələb olunur. Qaytarmaq istədiyiniz məhsul/məhsulları bütün aksesuarları ilə birlikdə orijinal qutusu və fakturası ilə birlikdə qaytarmağınız tələb olunur. Tək istifadəlik məhsullar və ya tez xırdalanan və ya son istifadə tarixi keçmə ehtimalı olan məhsulların qaytarılması qəbul edilmir. Kosmetika və şəxsi təmizlik məhsulları, iç geyim məhsulları, mayo, bikini, kitablar, nüsxəsi çəkilə bilən proqram və yazılımlar, DVD, CD və kasetlər ilə kərtəsiye sarf məhsulları (toner, kartuş, şerit və s.), açılmamış, imtəhan olunmamış, zədəsiz və istifadə edilməmiş halda geri qaytarıla bilər. Quraşdırma tələb edən məhsullar (Soyuducu, qabyuyuyan maşını, paltaryuyan maşını, sobalar (qaz, elektrik, mikrodalga), üstü üzərində sobalar, aspiratorlar, ütülər, ventilyatorlar, isıtıcılar, soyutucular), televizor və s. Məhsul şəxsin bilgisi olmadan açıldıqda, qaytarılma qaydalarından kənarlaşır. Məhsul, məhsul şəxs tərəfindən açıldıqdan sonra məhsulda zərər/xəta/ayıb müşahidə edilməsi halında, detallı olaraq problemi qeyd etdiyiniz bir vəziyyət müşahidə protokolu/servis forması/servis raporu doldurmağınız tələb olunur. Qaytarılma kodu alaraq, raporla birlikdə məhsulu ünvanınıza gələn kargo işçisinə təhvil verə bilərsiniz.Qaytarılmaya görə satıcı vəya xidmət göstərən tərəfindən alıcı və ya istifadəçidən əlavə haqq isdəmək qadağandır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilmişdir. Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
– qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi;
– satış qiymətini uyğun məbləğdə azaltmağı;
– malın qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa, və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
Qüsuru olan malın dəyişdirilməsi ilə bağlı aşağıdakı məqamlara diqqət etmək vacibdir.
İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa, dərhal yerinə yetirilməlidir. İstehlakçının tələbi ilə həmin malın keyfiyyəti bütün xərclər sahibkar tərəfindən ödənilmək şərti ilə müayinədən keçirilməlidir. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak edə bilər. Bu halda həmin mal şikayət verilən andan etibarən 14 gün müddətində yoxlanılmalı və ya alıcı ilə razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.
Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış malların dəyişdirilməsi ilə bağlı tələblər satıcı tərəfindən təmin edilməlidir.
Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəməməlidir. Həmçinin, qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli, markalı, tipli və s. mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri onun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanmalıdır.
İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ
1. Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.
İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.
Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.